Hər kəsin diqqətini cəlb edən modern memarlıq əsəri!
PARK AZURE
Ünvan: Bakı şəh, Xətai r-nu, Afiyəddin Cəlilov küç., 27A
İnşaata başlayıb: 2013-cü ildə
Təmirə verilmə tarixi: 2016-cı il (Mart)
Yaşayışa verilmə tarixi: 2016-cı il (Sentyabr)
Böyük məmnuniyyət hissi ilə sizi Yeni Həyat Şirkətlər Qrupunun yeni layihəsi olan PARK AZURE ilə tanış edirik.
Paytaxt infrastrukturunun ən uğurlu hissəsində, A.Cəlilov 27A ünvanında təməli qoyulan PARK AZURE lüks həyatın bütün atributlarını əlçatan edəcəkdir.
- 6 bloklu
- 18 mərtəbəli
- geniş həyəti
- 585 mənzili
- yeraltı avtodayanacağı
- hipermarketi
- kinoteatrı,
- fitness və SPA salonu
- uşaq bağçası Sizi arzularınızın mənzilinə qovuşduracaq.
- 66, 67, 71, 78, 87 m2-lik 1-otaqlı
- 94, 96, 97, 102, 113, 114, 116, 119, 120 m2-lik 2-otaqlı
- 125, 138, 140, 141, 145, 147, 148 m2- lik 3-otaqlı
- 181, 182 , 194 m2- lik 4-otaqlı
- 196 m2-lik 5-otaqlı mənzillər sakinlərin istifadəsinə veriləcək.
Avtodayanacaq
Rahat həyatın əsas atributlarından biri, heç şübhəsiz ki, avtodayanacaqdır. Park Azure Yaşayış Kompleksini seçənlərin avtomobilləri 2000-ə qədər yerlik geniş və təhlükəsiz avtodayanacaqda yer alacaqdır.
Hipermarket
Gündəlik ehtıyaclarınızı təmin edə biləcək marketi axtarmaq lazım deyil. Park Azure Yaşayış Kompleksinin 1-ci mərtəbəsində Sizi nəhəng hipermarket qarşılayacaqdır.
Fitness və SPA
Yorğun iş həftəsinin ağırlığını Park Azure kompleksinin 5-ci mərtəbəsində yerləşən Fitness və SPA salonunda ata biləcəksiniz. Burada müasir trenajorlarla yanaşı, qadın və kişilər üçün 2 ayrı hovuz da fəaliyyət göstərəcəkdir.
Uşaq Bağçası
Uşaqlarınızın müasir, rahat və ən əsası Sizə yaxın bağçada olmasını istəyənlər, Park Azure Sizə bu imkanı da yaradır. Kompleksin 5-ci mərtəbəsində müasir standartlarla təchiz olunmuş və yüksək peşəkarların çalışdığı uşaq bağçası övladlarınızın məktəbəqədər təhsil və inkişafında əvəzsiz vasitə olacaq.
Megafun-a keçid
Park Azure sakinləri yalnız öz komplekslərində deyil, qarşı tərəfdə yerləşən Megafun Əyləncə Mərkəzində təqdim olunan bütün xidmətlərdən, 20-yə qədər kafe və restoranlardan, habelə 300-dən çox oyun atraksionlarından yararlana və bol-bol əylənə bilərlər. Bunun üçün binanı tərk etmək tələb olunmayacaq. 2-ci mərtəbədə yerləşən yerüstü, qapalı keçiddən istifadə yetərlidir. Bir neçə dəqiqə və Siz Avropanın ən böyük qapalı əyləncə mərkəzlərinin birindəsiz.
PARK AZURE - YENİ HƏYATA BAŞLAMAĞIN VAXTIDIR!
Ətraflı məlumat:http://parkazure.az
MƏNZİL LAYİHƏLƏRİ