Hər kəsin diqqətini cəlb edən modern memarlıq əsəri!
AZURE
Çoxfunksiyalı AZURE Kompleksi – Azərbaycanın tikinti bazarının liderlərindən olan YENİ HAYAT Şirkətlər Qrupu-nun Bakıda gerçəkləşdirdiyi ən innovativ layihələrdən biridir.
Respublikamızda analoqu olmayan bu unikal Kompleksdə, çox böyük bir ərazidə
- AZURE RESIDENCE
- AZURE BUSINESS CENTER
- MEGAFUN ailəvi əyləncə mərkəzi cəmləşib.
AZURE Kompleksi Bakının tarixi mərkəzi ilə Ağ şəhərin (White City) qovuşduğu ərazidə yerləşir.
Bura həm şəhərin istənilən nöqtəsinə rahat yolu olan prestijli məkan, həm də meqapolisin mərkəzində məskən salan ekoloji-təmiz bir güşədir.
Geniş sahəni təşkil edən, 307 lüks mənzili əhatə edən AZURE RESİDENCE "ev" anlamının tam yeni bir məna kəsb etdiyi, rahat həyat üçün hər bir şərait yaradılmış yüksək standartlı elit yaşayış məkanıdır.
30 mərtəbəli A+ klass AZURE BUSINESS CENTER iş mərkəzində ən son texniki avadanlıqla təchiz olunmuş
- 200 ofis
- konfrans zalları
- toplantı otaqları
- kafe və restoranlar
- xidmət otaqları yerləşir.
Kompleksin tərkibinə daxil olan və bü gün Avropanın ən böyük qapalı əyləncə mərkəzləri siyahısına daxil olan MEGAFUN, bir məkanda 300-dən çox müxtəlif növ attraksion, oyun, trenajor avtomatları və fərqli yaş kateqoriyaları üçün nəzərdə tutulmuş əyləncə növlərini cəmləşdirən unikal ailəvi əyləncə mərkəzidir.
Həm memari ideyası, həm icrası mükəmməl olan AZURE Kompleksi Bakının zahiri simasını daha da gözəlləşdirən, paytaxtımızın şəhərsalma sahəsində öz sözünü deyən yeni bir layihədir.
Ətraflı məlumat: http://azureresidence.az/